http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

İndiyədək Sumqayıt Kimya Sənaye Parkında 8,67 milyard manatdan çox məhsul satılıb

11 Avqust 2023 , 17:49
İndiyədək Sumqayıt Kimya Sənaye Parkında 8,67 milyard manatdan çox məhsul satılıb

Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyaların həcmi 5,7 milyard manatdan artıq olan 37 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bu rezidentlərdən hazırda 20-si fəaliyyət göstərir. Bu il Sənaye Parkında daha 4 müəssisənin fəaliyyətə başlaması planlaşdırılır.

"Operativ Media" İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir ki, indiyədək Sumqayıt Kimya Sənaye Parkına rezidentlər tərəfindən 5,3 milyard manatdan çox sərmayə yatırılıb, 6400-dən artıq daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə Sənaye Parkına əlavə olaraq 386 milyon manat investisiyanın yatırılması, 2000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Bu günədək Parkın rezidentləri tərəfindən ümumilikdə 8,67 milyard manatdan çox məhsul satışı həyata keçirilib ki, bunun da 3,12 milyard manatdan çox hissəsi (təxminən 36 faizi) ixracın payına düşür. Cari ilin birinci yarısında Sumqayıt Kimya Sənaye Parkında 1,3 milyard manatlıq məhsul istehsal, 446,3 milyon manatlıq məhsul isə ixrac edilib.

Bu ilin birinci yarısında 1,3 milyard manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 15,2 faiz, qeyri-neft sənaye məhsullarının ixracında isə 19,6 faiz (446,3 milyon manat) olub.

Sənaye Parkında istehsal olunan məhsullar dünyanın 60-a yaxın ölkəsinə, ümumilikdə Türkiyə, Yaponiya, ABŞ, Kanada, İtaliya, Çin, Rusiya, Ukrayna, Belarus, Tayvan, Bolqarıstan, Rumıniya, Polşa, Finlandiya, Niderland, Makedoniya, Litva, Avstriya, Estoniya, Danimarka, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Gürcüstan, Qırğızıstan, Braziliya, Misir, BƏƏ, Livan, İraq və sair ölkələrə ixrac olunub.

 

OXŞAR XƏBƏRLƏR
Bakıda 16 mərtəbəli binada yanğın baş verib

Bakıda 16 mərtəbəli binada yanğın baş verib

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu