Ana səhifə / Ölkə / AZAL Bakıdan Misir şəhərinə çarter aviareyslərinin sayını artıracaq AZAL Bakıdan Misir şəhərinə çarter aviareyslərinin sayını artıracaq 11.08.2023, 20:24 “Azərbaycan Hava Yolları” (AZAL) QSC "PAŞA Travel" MMC ilə birlikdə Misirin Şarm əl-Şeyx şəhərinə çarter reyslərinin sayını artıracaq. Bu barədə "Operativ Media"ya AZAL-dan bildirilib. Məlumata görə, noyabrın 4-dən Bakıdan Şarm əl-Şeyxə uçuşlar həftədə iki dəfə - çərşənbə və şənbə günləri yerinə yetiriləcək. Aviabiletləri www.azal.az saytından, AZAL mobil tətbiqi vasitəsilə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək olar. Misirə turlar Azərbaycanın bütün turizm agentliklərində də satışa çıxarılır. Teqlər: "AZAL Bakıdan Misir şəhərinə çarter aviareyslərinin sayını artıracaq"