http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Qərbi Azərbaycan İcması bəyanat yayıb

12 Avqust 2023 , 15:45
Qərbi Azərbaycan İcması bəyanat yayıb

Ermənistanın “humanitar böhran” şousu altında BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması və Azərbaycana qarşı qətnamə qəbul edilməsinə çalışması niyyəti ilə əlaqədar bildiririk ki, 30 il ərzində Təhlükəsizlik Şurasının məlum qətnamələrinə məhəl qoymayan, hətta onlara istinad edilməsinə dözümsüz münasibət göstərən Ermənistanın indi Təhlükəsizlik Şurasından qətnamə umması riyakarlığın bariz nümunəsidir.

"Operativ Media" xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasından bildirilib.

Qeyd olunub ki, Ermənistanın beynəlxalq humanitar hüquq və insan hüquqları sahəsində görməli olduğu iş öz ərazisindən qovduğu yüz minlərlə azərbaycanlının təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına imkan yaratmaqdır: 

“Qərbi Azərbaycan İcması Ermənistanın bu hərəkətini onun Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü təhdid etməsi, daxili işlərinə kobud müdaxiləsi və 2022-ci il oktyabr Praqa və Soçi, 2023-cü il iyul Brüssel bəyanatlarında yer almış suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması müddəasından geri çəkilməsi kimi qiymətləndirir və Ermənistanı regionda vəziyyəti qəsdən gərginləşdirən əməllərə son qoymağa çağırır”.

 

OXŞAR XƏBƏRLƏR
Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

“Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı haqqında saziş imzalanıb

“Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı haqqında saziş imzalanıb

Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib - YENİLƏNİB

Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu