Menyu

Ağstafada narko-kuryerin çantasından narkotik və silah aşkarlanıb

Nərmin Qocamanlı
Ağstafada narko-kuryerin çantasından narkotik və silah aşkarlanıb

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla Ağstafa rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narko-kuryer saxlanılıb.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Qazax rayon sakini Ruslan Cəfərov Ağstafa rayonuna gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni pul və bir miqdar narkotik vasitə qarşılığında ölkənin digər şəhər və rayonlarına aparmağa razılaşıb. R. Cəfərova məxsus idman çantasından müxtəlif bükümlərdə, ümumi çəkisi 757 qram narkotik maddə olan “heroin”, 2 kq-dan artıq olan “marixuana” və 2 ədəd tapança tipli odlu silah aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər