http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Abşeron rayonunda sudan qanunsuz istifadə hallarının qarşısı alınıb

14 Avqust 2023 , 16:30
Abşeron rayonunda sudan qanunsuz istifadə hallarının qarşısı alınıb

Prezident İlham Əliyevin təsdiqlədiyi Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planına uyğun olaraq Abşeron rayonu ərazisində içməli sudan qanunsuz istifadələrin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə aparılan araşdırmalar nəticəsində sudan uçotsuz və sayğacdankənar istifadə hallarının qarşısı alınıb.

Dövlət Su Ehtiyatları Agentliyindən "Operativ Media"ya bildirilib ki, Masazır qəsəbəsində fərdi yaşayış evlərinin tikintisi ilə məşğul olan şəxslər tərəfindən tikilən 6 həyət evinin sudan qanunsuz istifadə etdiyi müəyyən olunub. Belə ki, həmin şəxslər texniki şərt almadan, müqavilə bağlamadan ətrafda yaşayan digər vətəndaşların su xəttinə birləşmə verərək sudan qanunsuz istifadə ediblər. Hər bir həyət evinə edilmiş birləşmələr qəza briqadası tərəfindən ləğv edilib.

Bundan başqa, aparılan nəzarət tədbirləri zamanı Xırdalan şəhəri Heydər Əliyev prospektində yerləşən “50 qəpik” restoranının sudan qeyri-qanuni istifadə etdiyi aşkar edilib. Sudan qanunsuz istifadəyə görə əvvəllər 2 dəfə dəymiş ziyan aktı yazılsa da, sahibkar qanunsuz əməlindən əl çəkməyib. Su sayğacını şəbəkədən qeyri-qanuni şəkildə ayıran sahibkar yaxınlıqdakı parkda yaşıllıqların suvarılması üçün nəzərdə tutulan xətdən özbaşına istifadə edib.

Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsində “Meyvəli” meyvə-tərəvəz satışı məntəqəsinin də sudan qeyri-qanuni istifadə etdiyi müəyyən edilib. Xırdalan şəhəri, Heydər Əliyev prospekti 34A ünvanında yerləşən avtoyuma məntəqəsinin sahibi texniki şərt almadan, müqavilə bağlamadan sudan qeyri-qanuni istifadə edib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi olaraq bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında “Azərsu” Açıq Səhmdar Cəmiyyəti üzrə 8899, Abşeron rayonunda isə 837 sudan qanunsuz istifadə halları aşkarlanıb, 100-ə yaxın fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.

OXŞAR XƏBƏRLƏR
Bakıda 16 mərtəbəli binada yanğın baş verib

Bakıda 16 mərtəbəli binada yanğın baş verib

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu