İşğaldan azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb
Nərmin Qocamanlı
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.
Məlumata görə, avqustun 7-dən avqustun 12-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 185, tank əleyhinə 65 mina və 35 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
392,12 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Teqlər:
"İşğaldan azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb"