http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

"Həzi Aslanov" metrostansiyasında təmir işləri aparılacaq

16 Avqust 2023 , 12:42
"Həzi Aslanov" metrostansiyasında təmir işləri aparılacaq

"Bakı Metropoliteni" QSC-nin “Həzi Aslanov” stansiyasında əsaslı təmir və yenidənqurma işləri aparılacaq.

"Operativ Media" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə hazırlıq işləri görülür: “Görüləcək işlərin layihəsi və texnoloji proseslərin ardıcıllığı üzərində iş aparılır. Layihə üzrə işlər başa çatdıqdan və prosedur qaydalarına uyğun tədbirlər görüldükdən sonra təmir işlərinə başlanılacaq və bununla bağlı ictimaiyyətə məlumat veriləcək. Çünki orda hərəkətin təşkili ilə bağlı məsələlər gündəmə gələcək və ictimaiyyətin bilməli olduğu məqamlar çox olacaq. Təmir işlərinə stansiyanın dönmə kamerasında, yəni qatarların dalan yollarında başlanılacaq. Daha sonra proses stansiyanın özündə davam etdiriləcək. Bütün proses tam dəqiqləşdikdən sonra ictimaiyyətə məlumatlar tam açıqlanacaq”.

OXŞAR XƏBƏRLƏR
Nazir müavini: COP29-da Xəzərin problemi əsas mövzulardan olacaq

Nazir müavini: COP29-da Xəzərin problemi əsas mövzulardan olacaq

Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilir

Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilir

Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur

Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur

XƏBƏR LENTİ
  • 13:31

    İranın Ali Rəhbəri təhlükəsiz əraziyə təxliyə edilib
  • 13:16

    Nazir müavini: COP29-da Xəzərin problemi əsas mövzulardan olacaq
  • 12:55

    Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilir
  • 12:40

    Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur
  • 12:37

    İsrail ordusu "Hizbullah" liderinin ölümünü təsdiqləyib
  • 12:34

    Rusiya və İran XİN başçıları görüşüb
  • 12:20

    Sumqayıtdakı restoranda yanğın söndürülüb
  • 11:59

    Sabah hava yağmursuz keçəcək
Menyu