http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Dövlət başçısı müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb

16 Avqust 2023 , 14:13
Dövlət başçısı müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

"Operativ Media" xəbər verir ki, Sərəncama əsasən, 2005-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1988–2004-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2023-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırıllar.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2023-cü il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılırlar.

Nazirlər Kabinetinə bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görmək tapşırılıb.

OXŞAR XƏBƏRLƏR
Sabah hava yağmursuz keçəcək

Sabah hava yağmursuz keçəcək

VII çağırış Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyi açıqlanıb

VII çağırış Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyi açıqlanıb

Ceyhun Bayramov Annalena Berbok ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib - YENİLƏNİB

Ceyhun Bayramov Annalena Berbok ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 13:16

    Nazir müavini: COP29-da Xəzərin problemi əsas mövzulardan olacaq
  • 12:55

    Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilir
  • 12:40

    Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur
  • 12:37

    İsrail ordusu "Hizbullah" liderinin ölümünü təsdiqləyib
  • 12:34

    Rusiya və İran XİN başçıları görüşüb
  • 12:20

    Sumqayıtdakı restoranda yanğın söndürülüb
  • 11:59

    Sabah hava yağmursuz keçəcək
  • 11:32

    FHN: 28 yanğına çıxış olub, 1-i azyaşlı olmaqla 6 nəfər xilas edilib
Menyu