Menyu

MN: Kəşfiyyat-diversiya qrupunun saxlanılan üzvünün şəxsiyyəti müəyyən edilir

Nərmin Qocamanlı
MN: Kəşfiyyat-diversiya qrupunun saxlanılan üzvünün şəxsiyyəti müəyyən edilir

Avqustun 16-da saat 11:15 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində saxlanılan üzvünün ilkin araşdırmalara görə 1983-cü il təvəllüdlü Voskanyan Qaqik Aşotoviç olduğu ehtimal edilir.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, saxlanılan zaman onun üzərində bir ədəd RPK pulemyotu, döyüş sursatı və hərbi təchizat aşkar edilib. İlkin ifadələrində Q.Voskanyan 44 günlük müharibədə iştirakını etiraf edib.

Qeyd edək ki, yüngül yaralanmış erməni diversanta hərbi həkimlərimiz tərəfindən ilkin tibbi yardım göstərilib.

Teqlər:

"MN: Kəşfiyyat-diversiya qrupunun saxlanılan üzvünün şəxsiyyəti müəyyən edilir"

Əlaqəli Xəbərlər