http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Gəncədə dönərxanaları toyuq əti ilə təmin edən müəssisədə nöqsanlar aşkarlanıb

16 Avqust 2023 , 17:18
Gəncədə dönərxanaları toyuq əti ilə təmin edən müəssisədə nöqsanlar aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

AQTA-dan "Operativ Media"ya verilən məlumata görə, daxil olan şikayət əsasında Gəncə şəhərinin Əli Məmmədov küçəsi, 1A ünvanında fiziki şəxs Mustafayev Telman Şükür oğluna məxsus toyuq ətinin emalı sexində yoxlama aparılıb.

Yoxlama zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarının tələblərinin pozulduğu, toyuq budunun sümükdən ayrılması prosesinin antisanitar şəraitdə aparıldığı, həmçinin donmuş toyuq ətinin donunun açılması qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinə uyğun olmadan kustar üsulla, açıq hava şəraitində və günəş şüalarının altında həyata keçirildiyi, eyni zamanda sümükdən ayrılmış toyuq ətlərinin sahibkar tərəfindən Gəncə şəhəri ərazisində fəaliyyət göstərən dönərxanalara paylanıldığı məlum olub.

Yoxlama zamanı toyuq budu və sümükdən ayrılmış toyuq ətindən sınaqların aparılması məqsədilə nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib, sınaq nəticələri məlum olanadək həmin məhsullar saxlanca qoyulub.

Nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək müəssisənin fəaliyyəti dayandırılıb.

OXŞAR XƏBƏRLƏR
Şəmkirdə qanunsuz tikili sökülüb

Şəmkirdə qanunsuz tikili sökülüb

Azad olunmuş ərazilərdə xeyli silah-sursat aşkarlanıb

Azad olunmuş ərazilərdə xeyli silah-sursat aşkarlanıb

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

XƏBƏR LENTİ
  • 11:50

    Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib
  • 11:32

    Azərbaycan XİN Maltanı təbrik edib
  • 11:25

    ÇL: Həftənin oyunçusu məlum oldu
  • 11:15

    Prezident İlham Əliyev Malta Respublikasının Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
  • 11:08

    Şəmkirdə qanunsuz tikili sökülüb
  • 10:41

    Son sutkada Qəzzada 44 nəfər həlak olub
  • 10:36

    Azad olunmuş ərazilərdə xeyli silah-sursat aşkarlanıb
  • 10:05

    Azərbaycan nefti ucuzlaşıb
Menyu