Həmkəndlisinin ehtiyatsızlıqdan ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub
Nərmin Qocamanlı
Avqustun 16-da saat 11 radələrində Daşkəsən rayonunun Güneykənd kənd sakini 1969-cu il təvəllüdlü Məmməd Əmrahovun kəsilmiş-deşilmiş xəsarət alması və həmin xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Daşkəsən rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, ilkin araşdırma zamanı 2005-ci il təvəllüdlü Elnur Quluyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə həmkəndlisi Məmməd Əmrahova xəsarət yetirməsi nəticəsində sonuncunun ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır. Elnur Quluiyev iş üzrə şübhəli şəxs qismində tutulub.
Teqlər:
"Həmkəndlisinin ehtiyatsızlıqdan ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub"