Menyu

Tovuzda narkotik yetişdirməkdə şübhəlibilinən şəxs saxlanılıb

Nərmin Qocamanlı
Tovuzda narkotik yetişdirməkdə şübhəlibilinən şəxs saxlanılıb

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun İbrahim Hacılı kənd sakini Elnur Zeynalovun özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindəki yarımtikilidə xüsusi aqrotexniki qaydada qulluq etməklə əkdiyi narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, əraziyə baxış zamanı oradan ümumi çəkisi 17 kq 100 qram olan 63 ədəd çətənə kolu aşkar edilib.Bundan başqa davam etdirilən tədbirlərlə şübhəli şəxsin evində 300 qram çəkidə qurudulmuş marixuana da saxlaması müəyyən edilib. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını bir müddət əvvələkdiyini etiraf edib.

Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Faktlarla RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər