Menyu

FHN Abşeron rayonunda və Lənkəranda qanunsuz tikintilərin qarşısını alıb

Nərmin Qocamanlı
FHN Abşeron rayonunda və Lənkəranda qanunsuz tikintilərin qarşısını alıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Nazirlikdən "Operativ Media"ya bildirilib ki, Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində vətəndaş tərəfindən müvafiq qurumlarla razılaşdırılmadan qanunsuz tikinti aparılması faktı aşkarlanıb.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən müvafiq tədbirlər nəticəsində vətəndaşa məxsus qanunsuz tikili sökülüb.

Bundan başqa, Lənkəran şəhərinin Ş.Axundov küçəsində aparılan qanunsuz tikinti işləri də Agentliyin əməkdaşları tərəfindən aşkarlanaraq dayandırılıb və ərazi nəzarətə götürülüb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər