Son 7 ayda azad edilmiş rayonlarda 623 yeni iş yeri açılıb
Nərmin Qocamanlı
2023-cü ilin yanvar-iyun ayları ərzində işğaldan azad edilmiş rayonlarda 623 yeni iş yeri açılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, cari ilin ilk 6 ayı ərzində ən çox yeni iş yeri Laçın və Şuşada yaradılıb. Belə ki, hesabat dövründə Laçında 328, Şuşada isə 177 yeni iş yeri açılıb.
| Azad edilmiş rayonlar | Yeni yaradılmış iş yerlərinin sayı |
| Laçın | 328 |
| Suşa | 177 |
| Xocavənd | 32 |
| Cəbrayıl | 28 |
| Kəlbəcər | 19 |
| Ağdam rayonu | 18 |
| Füzuli | 13 |
| Xocalı | 5 |
| Qubadlı | 2 |
| Zəngilan | 1 |
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net