http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Baş prokuror Samuxda vətəndaşları qəbul edib

17 Avqust 2023 , 16:46
Baş prokuror Samuxda vətəndaşları qəbul edib

Avqustun 17-də Baş prokuror Kamran Əliyev Samux rayon prokurorluğunun inzibati binasında Samux, Daşkəsən, Kəlbəcər, Göygöl və digər rayonlardan olan vətəndaşları qəbul edib.

Baş Prokurorluqdan "Operativ Media"ya verilən məlumata görə, qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.

Qəbulda iştirak edən 12 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, mülki xarakterli mübahisələr, habelə sosial problemlərlə bağlı qaldırdığı məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər verib.

Qəbuldan sonra Baş prokuror əməkdaşlarla görüşlər keçirməklə onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb.

Həmçinin, Baş prokuror Azərbaycan Respublikası Prezidentinin 7 may 2021-ci il tarixli Fərmanı əsasında yaradılan və Azərbaycan Respublikası prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair əməkdaşların təkliflərini dinləyib, eləcə də müzakirələr aparılmaqla müvafiq göstərişlər verib.

OXŞAR XƏBƏRLƏR
ETSN ölkə ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirib

ETSN ölkə ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirib

Prezident "İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb

Prezident "İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb

Orta ixtisas təhsili müəssisələrində çalışan alimlərin sayı açıqlanıb

Orta ixtisas təhsili müəssisələrində çalışan alimlərin sayı açıqlanıb

XƏBƏR LENTİ
  • 14:24

    ETSN ölkə ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirib
  • 13:33

    Prezident "İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb
    Prezident "İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb
  • 13:15

    Orta ixtisas təhsili müəssisələrində çalışan alimlərin sayı açıqlanıb
  • 12:53

    Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb
  • 12:52

    Dezinformasiyaya qarşı mübarizə vasitələri üzrə məlumat bazası hazırlanıb
  • 12:35

    Sabah hava necə olacaq?
  • 11:50

    Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib
  • 11:32

    Azərbaycan XİN Maltanı təbrik edib
Menyu