Menyu

Kür çayı üzərində yeni dəmiryolu körpüsü istismara verilir

Nərmin Qocamanlı
Kür çayı üzərində yeni dəmiryolu körpüsü istismara verilir

Ələt-Horadiz-Ağbənd dəmiryolu xəttinin Ələt-Osmanlı hissəsindəki dəmiryol körpüsü yenidən qurulub və ona paralel yeni körpü inşa edilib.

"Operativ Media" "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir ki, Kür çayının Şirvan şəhərindən keçən hissəsində yerləşən bu körpülərin hər birinin uzunluğu 270.5 metr, eni isə 5.7 metrdir.

Hər iki körpünün layihələndirilməsi 100% yerinə yetirilib, tikinti işlərinin 98%-i yekunlaşıb. Bu körpülər dəmiryolu ilə yüklərin daha intensiv daşınmasında önəmli rol oynayacaq.

Yaxın zamanda körpülərin tam istimara verilməsi planlaşdırılır.

Teqlər:

"Kür çayı üzərində yeni dəmiryolu körpüsü istismara verilir"

Əlaqəli Xəbərlər