http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

İqlim dəyişikliklərinin Xəzər dənizinə təsiri mövzusunda seminar keçirilib (FOTO)

17 Avqust 2023 , 22:19
İqlim dəyişikliklərinin Xəzər dənizinə təsiri mövzusunda seminar keçirilib (FOTO)

İqlim Dəyişmələri üzrə Dövlət Komissiyası tərəfindən qəbul olunan qərarların icrası ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə iqlim dəyişmələrinin Xəzər dənizinin səviyyəsinin dinamikasına təsirinin müzakirəsi məqsədilə seminar keçirilib.

"Operativ Media" xəbər verir ki, seminarda Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Energetika, Fövqəladə Hallar nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Xəzər Universiteti, BMT-nin İnkişaf Proqramı (UNDP) və digər yerli və beynəlxalq qurumların nümayəndələri iştirak edib.

Seminarın birinci hissəsi Milli Adaptasiya Planının (NAP) hazırlanmasına, ikinci hissəsi isə iqlim dəyişmələrinin Xəzər dənizinin səviyyəsinin dinamikasına təsiri mövzularına həsr olunub.

Seminarda iqlim dəyişmələrinin Xəzər dənizinin səviyyəsinin dinamikasına təsiri, səviyyə dəyişmələrinin ölkəmizin sahil zonasında yaratdığı sosial-iqtisadi və ekoloji problemlər, iqlim dəyişmələri nəticəsində artmaqda olan təbii fəlakət törədə bilən təhlükəli hidrometeoroloji hadisələr və digər mövzular müzakirə olunub.

Seminara Xəzəryanı ölkələrin Hidrometeorologiya Xidmətlərinin nümayəndələri də qoşulublar. Rusiyanın Federal Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Xidmətinin (“Росгидромет”) nümayəndəsi Y.Ostrovskaya “Regional iqlim dəyişmələrinin Xəzər dənizinin səviyyəsinə təsiri”, həmçinin Qazaxıstanın Ekologiya, Geologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin (РГП "Казгидромет") əməkdaşı N.Abayev “Qazaxıstan Respublikasının Milli Hidrometeorologiya Xidmətinin hidrometeorologiya sahəsində və Xəzər dənizi regionunda fəaliyyəti” mövzuları ilə bağlı çıxış ediblər.

OXŞAR XƏBƏRLƏR
DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq pramidasını ifşa edib

DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq pramidasını ifşa edib

VII çağırış Naxçıvan Ali Məclisinin ilk iclasının vaxtı məlum olub

VII çağırış Naxçıvan Ali Məclisinin ilk iclasının vaxtı məlum olub

Elm və təhsil nazirinin Balakəndə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Elm və təhsil nazirinin Balakəndə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

XƏBƏR LENTİ
  • 21:11

    Bayden: ABŞ İsrailin Hizbullaha qarşı özünü müdafiə etmək hüququnu tam dəstəkləyir
  • 21:04

    İranda 5 günlük matəm elan olunub
  • 20:35

    Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik
  • 19:57

    Ayxan Hacızadə Peter Stanonun səsləndirdiyi fikirlərə cavab verib
    Ayxan Hacızadə Peter Stanonun səsləndirdiyi fikirlərə cavab verib
  • 19:30

    Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib
  • 19:10

    Muxtar Babayev Selvin Hart ilə görüşüb
  • 18:54

    Azərbaycan PL: "Zirə" "Kəpəz"i məğlub etdi
  • 18:54

    Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib
Menyu