http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 14 ° C

Dekabrın 15-də Azərbaycan müəllimlərinin növbəti XVI qurultayı keçiriləcək

18 Avqust 2023 , 10:13
Dekabrın 15-də Azərbaycan müəllimlərinin növbəti XVI qurultayı keçiriləcək

Dekabrın 15-də Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin növbəti XVI qurultayı keçiriləcək.

"Operativ Media" xəbər verir ki, qurultayda dövlət rəsmiləri və hökumət nümayəndələri, deputat, tanınmış ziyalılar, media qurumlarının rəhbərləri, təhsil işçiləri və digər qonaqlar iştirak edəcəklər.

Qurultayda ümumilikdə 1700-ə yaxın nümayəndənin iştirakı nəzərdə tutulub.

Qurultayın keçirilməsinin əsas məqsədi Azərbaycan Prezidenti İlham Əliyevin tarixi Sərəncamı ilə təsdiq edilmiş “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində əldə edilmiş əhəmiyyətli nailiyyətlər, eləcə də 2018-ci ilin noyabrında keçirilmiş Azərbaycan müəllimlərinin XV qurultayından sonrakı müddət ərzində təhsil sistemində həyata keçirilmiş tədbirlər və islahatlar barədə Azərbaycan ictimaiyyətini məlumatlandırmaqdır. Bu mühüm tədbir həmçinin Azərbaycan Prezidentinin sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda müəyyənləşdirilmiş hədəflərə nail olunması və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası istiqamətində təhsil sistemi qarşısında duran vəzifələri müəyyənləşdirəcək.

Qeyd edək ki, Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir təşkil edilir.

OXŞAR XƏBƏRLƏR
DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq pramidasını ifşa edib

DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq pramidasını ifşa edib

VII çağırış Naxçıvan Ali Məclisinin ilk iclasının vaxtı məlum olub

VII çağırış Naxçıvan Ali Məclisinin ilk iclasının vaxtı məlum olub

Elm və təhsil nazirinin Balakəndə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Elm və təhsil nazirinin Balakəndə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

XƏBƏR LENTİ
  • 23:07

    Netanyahu: İsrail düşmənlərinə zərbələr endirməyə davam edəcək
  • 22:19

    İsrail ordusu "Hizbullah"ın kəşfiyyat idarəsinin üzvünü zərərsizləşdirib
  • 21:45

    Azərbaycan PL: "Neftçi" yenə qələbə qazana bilmədi
  • 21:42

    İndoneziya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürəcək
  • 21:11

    Bayden: ABŞ İsrailin Hizbullaha qarşı özünü müdafiə etmək hüququnu tam dəstəkləyir
  • 21:04

    İranda 5 günlük matəm elan olunub
  • 20:35

    Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik
  • 19:57

    Ayxan Hacızadə Peter Stanonun səsləndirdiyi fikirlərə cavab verib
    Ayxan Hacızadə Peter Stanonun səsləndirdiyi fikirlərə cavab verib
Menyu