Menyu

AZAL Cenevrəyə uçuşları bərpa edir

Nərmin Qocamanlı
AZAL Cenevrəyə uçuşları bərpa edir

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Cenevrə-Bakı marşrutu üzrə aviareysləri bərpa edir. Sentyabrın 30-dan etibarən bu istiqamətdə uçuşlar həftədə iki dəfə - çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

"Operativ Media" xəbər verir ki, Avropanın mərkəzində yerləşən Cenevrə ən məşhur turistik yerlərdən biridir. AZAL-ın bu unikal şəhərə uçuşlarının bərpası sərnişinlərə gözəl görməli yerlərdən həzz almağa, mühüm işgüzar görüşlərdə iştirak etməyə və unudulmaz tətil keçirməyə imkan verəcək.

Aviabiletləri şirkətin www.azal.az saytında bron etmək və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər