http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Ekspert: "Moto və moped sürücüləri tərəfindən çoxlu qayda pozuntuları baş verir"

18 Avqust 2023 , 18:16
Ekspert: "Moto və moped sürücüləri tərəfindən çoxlu qayda pozuntuları baş verir"

Moto və moped sürücüləri ilə bağlı müəyyən qanunlar qüvvəyə minsə də, hələ də bəziləri bu qaydalara riayət etmir, hətta polislərin tələblərinə belə məhəl qoymurlar. 

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı “Operativ Media”ya bildirib ki, moto və moped sürücüləri ilə bağlı vəziyyətimiz heç də yaxşı deyil, çünki onların qaydalara əməl etməsində ciddi problemlər var.

BNA vaxtında işini düzgün qurmadığı üçün "Bakubus"ın avtobusları Hövsanda  çürümək üzrədir" - Avtosfer.az

“Bu cür nəqliyyat vasitələrinin  sürücüləri tərəfindən problem getdikcə daha da böyüyür. Onlarla bağlı  son dövrlər atılan addımlar tamamilə əsaslıdır və bu, gec-tez öz müsbət nəticəsini verəcək. Çünki “Yol hərəkəti haqqında qanun”a görə saatda 50 km –dən yuxarı olan nəqliyyat vasitələrini idarə edənlərin  sürücülük vəsiqəsi almaları, nəqliyyat vasitəsini qeydiyyatdan keçirməsi mütləqdir. Bütün bunlar müəyyən dərəcələrdə narazılıq yaratsa da, yeni tələblərə hər kəs əməl etməlidir. Tələblər kimlərəsə sərf etməyə bilər, lakin bu sərfiyyətlə ölçülmür, çünki onların iştirakı ilə qayda pozuntuları, qəzalar baş verir və artıq polisdən çox vətəndaşlar onlarla bağlı müraciət edirlər". 

Ekspert qeyd edib ki, moto və moped sürücüləri ilə bağlı müvafiq qərarlar alınacaq və tədbirlər görüləcəkdir.

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
VII çağırış Milli Məclisin deputatları - SİYAHI

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək

Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək

Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək

Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək

XƏBƏR LENTİ
  • 17:47

    İraqın şimalında 17 terrorçu zərərsizləşdirilib
  • 17:10

    VII çağırış Milli Məclisin deputatları - SİYAHI
    VII çağırış Milli Məclisin deputatları - SİYAHI
  • 17:09

    Mahir Emreli "Nürnberq"də debüt etdi
  • 17:05

    Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB
    Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB
  • 17:03

    Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək
    Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək
  • 17:00

    Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək
    Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək
  • 16:54

    Pezeşkian Nyu-Yorka səfər edəcək
  • 16:36

    Türkiyə Prezidenti ABŞ-yə səfər edib
Menyu