http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 13 ° C

Atmosferi çirkləndirən daş karxanası cərimələnib

18 Avqust 2023 , 19:51
Atmosferi çirkləndirən daş karxanası cərimələnib

Bakıda atmosferi çirkləndirən daş karxanası cərimələnib.

"Operativ Media" xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən keçirilən birgə nəzarət tədbirləri zamanı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində fəaliyyət göstərən “Nardaran Daş Karxanası” LTD tərəfindən atmosferə toz hissəciklərinin atılması faktı müəyyən olunub.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, aparılan ölçmə işləri nəticəsində atmosferə atılan toz hissəciklərinin normadan artıq olduğu məlum olub.

“Faktla bağlı “Nardaran Daş Karxanası” LTD barəsində akt, protokol tərtib olunub və müəssisə hüquqi şəxs qismində cərimə olunub.

Xidmət rəsmisinin sözlərinə görə, mövcud vəziyyətin yerində araşdırılması məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmaqla, Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışın alınması istiqamətində işlər aparılır.

OXŞAR XƏBƏRLƏR
Bakıda obyektdəki yanğın söndürülüb

Bakıda obyektdəki yanğın söndürülüb

DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq pramidasını ifşa edib

DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq pramidasını ifşa edib

VII çağırış Naxçıvan Ali Məclisinin ilk iclasının vaxtı məlum olub

VII çağırış Naxçıvan Ali Məclisinin ilk iclasının vaxtı məlum olub

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    Bakıda obyektdəki yanğın söndürülüb
  • Dünən
    23:07

    Netanyahu: İsrail düşmənlərinə zərbələr endirməyə davam edəcək
  • Dünən
    22:19

    İsrail ordusu "Hizbullah"ın kəşfiyyat idarəsinin üzvünü zərərsizləşdirib
  • Dünən
    21:45

    Azərbaycan PL: "Neftçi" yenə qələbə qazana bilmədi
  • Dünən
    21:42

    İndoneziya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürəcək
  • Dünən
    21:11

    Bayden: ABŞ İsrailin Hizbullaha qarşı özünü müdafiə etmək hüququnu tam dəstəkləyir
  • Dünən
    21:04

    İranda 5 günlük matəm elan olunub
  • Dünən
    20:35

    Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik
Menyu