Menyu

Şəkidə yol qəzasında ölənlərin sayı dördə çatıb (YENİLƏNİB)

Şəkidə yol qəzasında ölənlərin sayı dördə çatıb (YENİLƏNİB)

Şəkidə yol qəzasında ölənlərin sayı dördə çatıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya bildirilib ki, bu gün saat 19 radələrində Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Nicat Mirzəyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb. 

Nəticədə sürücü və  avtomobildə olan 3 azyaşlı vəfat edib, digər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

*** 20:43

Şəkidə ağır yol qəzası baş verib.

"Operativ Media" "APA"ya istinadən xəbər verir ki, hadisə saat 19 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Şəki rayonu Köbər Zəyzid kəndinidən keçən hissəində baş verib.

Hadisədə üç nəfər ölüb, ikisi isə ağır xəsarət alıb.

İlkin məlumata görə, Şəkidən Oğuz rayonu istiqamətində hərəkət edən “Mercedes” markalı 10-VX-141 dövlət nömrə nişanlı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Hazırda hadisə yerində müvafiq qurumlar araşdırma aparır. Ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir.

Teqlər:

"Şəkidə yol qəzasında ölənlərin sayı dördə çatıb (YENİLƏNİB)"

Əlaqəli Xəbərlər