Menyu

Salyan rayon sakinləri Cəlilabadda narkotik vasitə ilə saxlanılıblar

Nərmin Qocamanlı
Salyan rayon sakinləri Cəlilabadda narkotik vasitə ilə saxlanılıblar
1 dəq oxu

Salyan rayon sakinləri Cəlilabadda narkotik vasitə ilə saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Salyan rayon sakinləri, əvvəllər məhkum olunmuş Ə.Dadaşov, qardaşı E.Dadaşov və H.Tağıyev sonuncunun idarə etdiyi "AzSamand" markalı avtomobildə saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan ümumilikdə 300 qram marixuana və əlavə olaraq metadon həbi aşkarlanaraq götürülüb. 
Fakt bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər