Menyu

Qubada tullantıları urnalardan kənara atan şəxslər aşkarlanıb

Nərmin Qocamanlı
Qubada tullantıları urnalardan kənara atan şəxslər aşkarlanıb
1 dəq oxu

Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə rayon ərazisində nəzarət-profilaktik tədbirlər keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, keçirilən tədbirlər zamanı məişət tullantılarını urnalardan kənara atan, ərazidə antisanitar vəziyyət yaradan iki nəfər şəxs müəyyən olunub.

Onlarla profilaktiki söhbətlər aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb.

Əlaqəli Xəbərlər