Menyu

Balakəndə avtomobil ağaca çırpılaraq alovlanıb, sürücü ölüb

Nərmin Qocamanlı
Balakəndə avtomobil ağaca çırpılaraq alovlanıb, sürücü ölüb
1 dəq oxu

Bu gün saat 12 radələrində Balakən rayonunun Tülü kəndi ərazisində hərəkətdə olan “Daewoo” markalı minik avtomobilinin sürücüsü, 1988-ci il təvəllüdlü Tülü kənd sakini Aruz Dinavasovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, hadisə zamanı avtomobildə yanğın baş verib və sürücü də nəqliyyat vasitəsinin içərisində yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər