Menyu

Ağcabədidə bələdiyyə sədri barəsində inzibati protokol tərtib olunub

Nərmin Qocamanlı
Ağcabədidə bələdiyyə sədri barəsində inzibati protokol tərtib olunub
1 dəq oxu

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbir zamanı rayonun Kəhrizli kəndi  ərazisində məişət tullantılarının qalaqlanması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktı aşkar olunub.


DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, aşkar olunmuş faktla bağlı ərazi üzrə bələdiyyə sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub.

Əlaqəli Xəbərlər