Rusiyanın mərkəzində PUA dəmiryol vağzalının damına düşüb
Ukraynaya məxsus pilotsuz uçuş aparatı (PUA) Rusiyanın Kursk şəhərində dəmiryol vağzalının damına çırpılıb, nəticədə 5 nəfər xəsarət alıb və yanğın başlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernatoru Roman Starovoit bildirib.
"Ukrayna PUA-sı Kurskda hücum edib. İlkin məlumata görə, o, vağzal binasının damına çırpılıb, damda yanğın başlayıb. Beş nəfər şüşə qırıqları nəticəsində yüngül xəsarət alıb", - qubernator "Telegram"da bildirib.
Hadisənin təfərrüatları dəqiqləşdirilir. İlkin müdaxilə qrupları hadisə yerindədir.
Dəmiryol stansiyası Kursk şəhərinin mərkəzində, Ukrayna ilə sərhəddən təxminən 150 kilometr aralıda yerləşir.