Menyu

Rostov vilayəti kamikadze dronların hücumuna məruz qalıb

Rostov vilayəti kamikadze dronların hücumuna məruz qalıb

Rusiyanın cənubunda yerləşən Rostov vilayətinə kamikadze pilotsuz uçuş aparatlardan (PUA) istifadə edərək hücum edilib. Hücumun qarşısı alınıb.

"Operativ Media" xəbər verir ki, bunu regionun qubernatoru Vasili Qolubev bildirib.

Qubernatorun sözlərinə görə, iki PUA Kamenskdəki hərbi hissənin ərazisinə düşüb, daha bir pilotsuz vasitə Novoşaxtinskdən bir kilometr şimalda vurulub.

Hücum nəticəsində tələfat və dağıntılar barədə məlumat verilməyib.

"Bu gün səhər tezdən bölgəmizdə kamikadze pilotsuz uçuş aparatların istifadəsi ilə terror aktına cəhd edilib. Elektron döyüş sistemləri dronları uğurla zərərsizləşdirib. Hədəflərin ölçüsü kiçik olduğu üçün Hava Hücumundan Müdafiə silahlarından istifadə olunmayıb", - Qolubev bildirib.

Teqlər:

"Rostov vilay\u0259ti kamikadze dronlar\u0131n h\u00fccumuna m\u0259ruz qal\u0131b"

Əlaqəli Xəbərlər