Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın paytaxtı Budapeştə yola düşüb.
"Operativ Media" xəbər verir ki, Ərdoğan bir günlük səfəri çərçivəsində Macarıstanın baş naziri Viktor Orban ilə görüşəcək.
Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Macarıstan Dövlətinin Quruluşu Günü ilə bağlı təşkil olunacaq mərasimdə və Macarıstanın ev sahibliyi edəcəyi Dünya Atletika Çempionatı tədbirlərində iştirak edəcək.
Ərdoğanı xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, gənclər və idman naziri Osman Aşkın Bak, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, ticarət naziri Ömer Bolat, Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin direktoru Fahrettin Altun, Prezidentin baş müşaviri Çağatay Kılıç müşayiət edib.