Menyu

Xankəndi-Gorus istiqamətində növbəti erməniəsilli şəxslər Laçın postundan belə keçdilər

Xankəndi-Gorus istiqamətində növbəti erməniəsilli şəxslər Laçın postundan belə keçdilər
1 dəq oxu

Bu gün növbəti dəfə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi təmin olunub.

"Operativ Media" xəbər verir ki, bu gün məntəqədən növbəti dəfə 60-a yaxın şəxs Ermənistan istiqamətinə sərbəst şəkildə keçid ediblər.

Belə ki, əvvəlcə həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub.

Qeyd edək ki, bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir. Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.

 

Əlaqəli Xəbərlər