Menyu

Göyçay və Ağdaşda vəzifəli şəxslər barəsində inzibati protokol tərtib olunub

Nərmin Qocamanlı
Göyçay və Ağdaşda vəzifəli şəxslər barəsində inzibati protokol tərtib olunub

Göyçay və Ağdaş Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupulərndan "Operativ Media"ya verilən məlumata görə, keçirilən tədbir zamanı rayonun Göyçay rayonunun Bığır, Ağdaş rayonunun isə Orta Ləki kəndində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə həmin kəndlərin bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər