Menyu

26 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayəti üzrə təqsirləndirilən şəxs ifşa olunaraq məhkəməyə verilib

Nərmin Qocamanlı
26 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayəti üzrə təqsirləndirilən şəxs ifşa olunaraq məhkəməyə verilib

Xəbər verildiyi kimi 1933-cü il təvəllüdlü Zoyaxanım Rzayevanın 1997-ci il yanvarın 24-də yaşadığı evdə qəsdən öldürülməsi faktı üzrə ötən illərdən bağlı qalmış cinayət işinin açılması təmin edilib.

Nizami rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, Prokurorluq, Daxili işlər orqanları və Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən həyata keçirilmiş məqsədyönlü və koordinasiyalı tədbirlər nəticəsində Kərim Kərimli tərəfindən aralarında yaranmış mübahisə zəmnində Zoyaxanım Rzayevanın xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Kərim Kərimliyə 1 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 6-cı bəndi (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Teqlər:

"26 il \u0259vv\u0259l t\u00f6r\u0259dilmi\u015f q\u0259sd\u0259n adam \u00f6ld\u00fcrm\u0259 cinay\u0259ti \u00fczr\u0259 t\u0259qsirl\u0259ndiril\u0259n \u015f\u0259xs if\u015fa olunaraq m\u0259hk\u0259m\u0259y\u0259 verilib"

Əlaqəli Xəbərlər