Menyu

İrandan qaçaqmalçılıq yolu ilə göndərilən narkotik vasitənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb

Nərmin Qocamanlı
İrandan  qaçaqmalçılıq yolu ilə göndərilən narkotik vasitənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb

Biləsuvarda saxlanılan narkokuryerlərdən 19 kiloqram narkotik vasitə aşkarlanıb. 

İrandan qaçaqmalçılıq yolu ilə göndərilən 19 kiloqram narkotik vasitənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı polis əməkdaşları tərəfindən alınıb. 
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində həyata keçirdikləri əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən Astara rayon sakinləri Elçin Əbilov, Orxan Qəmbərov və Elşən Babayev saxlanılıblar. Onlardan 4 kiloqram  heroin, 3 kiloqram metamfetamin, 10 kiloqram tiryək olmaqla ümumilikdə 17 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar olunaraq götürülüb. 
Şöbə əməkdaşlarının rayon ərazisində keçirdikləri digər əməliyyat tədbiri nəticəsində isə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kənan Əlizadə saxlanılıb.  Bu şəxsdən isə 2 kiloqrama yaxın psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb. Araşdırma zamanı saxlanılan şəxslərin İranda yaşayan narkotacirlər vasitəsilə narkokuryerliyə cəlb edildikləri müəyyən edilib. 
Bundan əlavə, Biləsuvar RPŞ-nin əməkdaşlarının son bir ay ərzində keçirdikləri profilaktik tədbirlər nəticəsində rayon sakinlərindən müvafiq sənədləri olmayan 41 ədəd tüfəng aşkar olunaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Teqlər:

"\u0130randan qa\u00e7aqmal\u00e7\u0131l\u0131q yolu il\u0259 g\u00f6nd\u0259ril\u0259n narkotik vasit\u0259nin qanunsuz d\u00f6vriyy\u0259y\u0259 burax\u0131lmas\u0131n\u0131n qar\u015f\u0131s\u0131 al\u0131n\u0131b"

Əlaqəli Xəbərlər