Menyu

Abşeron və Gəncədə qaz təchizatı dayandırılıb

Nərmin Qocamanlı
Abşeron və Gəncədə qaz təchizatı dayandırılıb

Bu gün saat 09:00-dan Abşeron və Gəncədə qaz təchizatı dayandırılıb.

"Operativ Media" Azəriqaz İB-nin yaydığı məlumata istinadən xəbər verir ki, “Pirəkəşkül” QPS-də istismara yararsız qaz tənzimləyicinin yenisi ilə əvəz olunması, “İsmayıllı” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttində və “Talıstan” ölçü qovşağından qidalanan qaz xəttində təmir işlərinin aparılması, həmçinin “Qaz İxrac” İdarəsi tərəfindən “Gəncə” və “Samux” QPS-lər arası 720 mm-lik qaz kəmərində kompensatorun quraşdırılması ilə əlaqədar 23 avqust saat 09:00-dan qaz təchizatı dayandırılıb.

Təmir işləri görülən müddətdə Abşeron rayonu üzrə Qaçqınlar şəhərciyinin, Müşviqabad və 28 May qəsəbələrinin, Çaylı-Qobustan yaşayış massivinin, İsmayıllı rayonunun və Gəncə şəhərinin tam olaraq, Samux rayonunun isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər