Menyu

THY-nin təyyarəsi Bakı limanına təcili eniş edib

Nərmin Qocamanlı
THY-nin təyyarəsi Bakı limanına təcili eniş edib

Manila-İstanbul reysini həyata keçirən "Türk Hava Yolları" şirkətinə məxsus təyyarənin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

"Operativ Media" hava limanına istinadən xəbər verir ki, buna səbəb təyyarədə olan 45 yaşlı qadın sərnişinin vəziyyətinin kəskin pisləşməsi (ürək tutması) olub.

“Airbus A350” təyyarəsi saat 03:30-da Bakıya eniş edib. Sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib. Təyyarə saat 05:07-də ​​Bakıdan İstanbula yola düşüb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər