Menyu

Ağcabədidə istehlaka yararsız ət aşkarlanıb

Nərmin Qocamanlı
Ağcabədidə istehlaka yararsız ət aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirləri davam etdirir.

AQTA-dan "Operativ Media"ya verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Daxili İşlər Nazirliyinin polis əməkdaşları ilə birgə aparılmış reyd zamanı Ağcabədi rayonunun Aşağı Avşar kəndində vətəndaş Nəbiyev Elmir Kərim oğluna məxsus həyətyanı sahəyə baxış keçirilib.

Baxış zamanı baytarlıq ekspertizasından keçməmiş, kəskin qoxuya malik, orqanoleptik göstəricilərinə görə normativ hüquqi aktların tələblərinə cavab verməyən 150 kiloqram istehlaka yararsız ət aşkarlanıb. Müayinələrin aparılması üçün ətdən nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edlib. Eyni zamanda istehlaka yararsız ət saxlanca qoyulub.

Araşdırmalar davam etdirilir.

Teqlər:

"A\u011fcab\u0259did\u0259 istehlaka yarars\u0131z \u0259t a\u015fkarlan\u0131b"

Əlaqəli Xəbərlər