Menyu

Astarada tanışını qətlə yetirən şəxsin məhkəməsi başlayır

Nərmin Qocamanlı
Astarada tanışını qətlə yetirən şəxsin məhkəməsi başlayır

Xəbər verildiyi kimi 1969-cu il təvəllüdlü Eynəli Əzizovun qəsdən öldürülməsi faktı ilə bağlı Astara rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılıb

Astara rayon Prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, istintaqla Astara rayon sakini Aslan Şüvünəliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Eynəli Əzizovu  rayonun Şümrüd kəndində yerləşən meşəlik ərazidə balta ilə xəsarətlər yetirərək xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Aslan Şüvünəliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər məhkəməsinə göndərilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər