Menyu

Sumayıt, Xızı və Siyəzəndə qaz təchizatında fasilə yaranıb

Nərmin Qocamanlı
Sumayıt, Xızı və Siyəzəndə qaz təchizatında fasilə yaranıb
1 dəq oxu

Sumqayıt şəhərinin, həmçinin Xızı və Siyəzən rayonlarının təbii qazla təchizatında müvəqqəti fasilə yaranıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, "Sumqayıt-Yaşma" magistral qaz xətti traktor qazma işləri aparan zaman zədələndiyi üçün təchizat bu gün saat 10:10-dan dayandırılıb. Hazırda təmir-bərpa işləri aparılır.

Əlaqəli Xəbərlər