Menyu

Avqustun 27-dək hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

Nərmin Qocamanlı
Avqustun 27-dək hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında avqustun 25-i səhərdən 26-sı səhərədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

"Operativ Media" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı ehtimalı var.

Şimal-şərq küləyi arabir 15-18 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6° aşağı enərək maksimal temperatur 27-30° isti olacaq.

Azərbaycanın rayonlarında bir neçə gün davam edən isti hava şəraitindən sonra avqustun 24-ü axşam şimal və qərb rayonlarından başlayaraq 27-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər