Menyu

Qida sahəsində fəaliyyət göstərən 8 müəssisədə nöqsanlar aşkar olunub

Nərmin Qocamanlı
Qida sahəsində fəaliyyət göstərən 8 müəssisədə nöqsanlar aşkar olunub

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirləri davam etdirir.

AQTA-dan "Operativ Media"ya verilən məlumata görə, avqustun 23-də respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 7 ticarət müəssisəsi, o cümlədən 2 aptek və 4 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 8 müəssisədə nöqsanlar aşkarlanıb.

Həmin müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 4, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 5, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 4 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

Monitorinq nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

Sahibkarlıq subyekti

Ünvan

Aşkar olunan nöqsanlar

Ticarət obyektləri

  1.  

"Nənəmin Təndiri" satış və istehsal obyekti

Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, 2-ci mkr,

ev 15

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

  1.  

"Göylər" market

Şamaxı rayonu, Göylər kəndi

Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

  1.  

Musayev Adil Talıb oğluna məxsus ərzaq mağazası

Şamaxı rayonu, Göylər kəndi

Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

  1.  

"İdealmart" market

Şamaxı rayonu, Göylər kəndi

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

İctimai iaşə müəssisələri

  1.  

"Lokma dönər" kafesi

Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

  1.  

"Kral" dönər evi

Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar dairəsi

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

  1.  

"Bakı" restoranı

Lənkəran rayonu,

Ələt-Astara magistralı

Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

  1.  

Lənkəran "Söyüdlük" kafesi

Lənkəran rayonu, Şiləvar kəndi

Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

Teqlər:

"Qida sah\u0259sind\u0259 f\u0259aliyy\u0259t g\u00f6st\u0259r\u0259n 8 m\u00fc\u0259ssis\u0259d\u0259 n\u00f6qsanlar a\u015fkar olunub"

Əlaqəli Xəbərlər