Menyu

Ötən gün yol qəzalarında 4 nəfər ölüb

Nərmin Qocamanlı
Ötən gün yol qəzalarında 4 nəfər ölüb

Avqustun 24-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 145, o cümlədən borclu şəxs qismində axtarışda olan 120 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.    

Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

Teqlər:

"\u00d6t\u0259n g\u00fcn yol q\u0259zalar\u0131nda 4 n\u0259f\u0259r \u00f6l\u00fcb"

Əlaqəli Xəbərlər