Menyu

Xızıda qohumunu boğaraq öldürən şəxsin məhkəməsi başlayır

Nərmin Qocamanlı
Xızıda qohumunu boğaraq öldürən şəxsin məhkəməsi başlayır
1 dəq oxu

Xəbər verildiyi kimi, mayın 13-də Xızı rayon sakini 1999-cu il təvəllüdlü Ləman Qurbanovanın öldürülməsi faktına görə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb 

Xızı rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, ibtidai istintaqla 1984-cü il təvəllüdlü Taleh Qurbanovun rayonun Giləzi qəsəbəsində yerləşən evlərin birində aralarında yaranmış mübahisə zamanı qohumu Ləman Qurbanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Taleh Qurbanova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Əlaqəli Xəbərlər