Menyu

NİİM: Keçirilən monitorinqlər zamanı sürücüləri narahat edən problem həll edilib

Nərmin Qocamanlı
NİİM: Keçirilən monitorinqlər zamanı sürücüləri narahat edən problem həll edilib
1 dəq oxu

Keçirilən monitorinqlər zamanı sürücüləri narahat edən problem həll edilib.

NİİM-dən "Operativ Media"ya verilən məlumata görə, paytaxtın Nizami rayonu, Məmmədəli Şərifli və Yavər Əliyev küçələrinin kəsişməsində olan işıqforda texniki problem yaranmışdı. Nəticədə də sürücülər bu yoldan istifadə etməkdə çətinlik çəkirdilər. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən şəhər ərazisində keçirilən monitorinqlər zamanı qeyd olunan ərazidə işıqforda yaranan texniki problem həll edilib.

Qeyd edək ki, hazırda monitorinqlər davam etdirilir.

Əlaqəli Xəbərlər