Menyu

Cəbrayılda minatəmizləmə işləri aparılarkən mərmi alışdırıcısı partlayıb, bir nəfər xəsarət alıb

Nərmin Qocamanlı
Cəbrayılda minatəmizləmə işləri aparılarkən mərmi alışdırıcısı partlayıb, bir nəfər xəsarət alıb
1 dəq oxu

Avqustun 25-də saat 10 radələrində Cəbrayıl rayonu Hüseynalılar kəndi ərazisində minatəmizləmə işləri aparılarkən mərmi alışdırıcısının partlaması barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətinin regional qrupundan "Operativ Media"ya bildirilib ki, hadisə nəticəsində 1999-cü il təvəllüdlü Qasımov Həbib əlindən xəsarət alıb. O xəstəxanaya çatdırılıb.

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər