Menyu

ANAMA Cəbrayıl rayonunda baş vermiş partlayış hadisəsi ilə bağlı məlumat yayıb

Nərmin Qocamanlı
ANAMA Cəbrayıl rayonunda baş vermiş partlayış hadisəsi ilə bağlı məlumat yayıb

Avqustun 25-də Cəbrayıl rayonunun Hüseynalılar kəndi ərazisində OG-9 sursatına aid alışdırıcının partlayışı baş verib.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Qeyd olunub ki, partlayış nəticəsində minatəmizləmə əməliyyatlarına cəlb edilən yerli şirkətin minaaxtaranı, 1999-cu il təvəllüdlü Qasımov Həbib Teymur oğlu xəsarət alıb. Zərərçəkəndə sol əlinin iç səthinin çapılmış deşilmiş yaraları, hər iki baldırın iç səthinin xırda barıt yanıqları xəsarəti qeydə alınıb.

Xəsarət alan şəxsin vəziyyəti stabildir. Onun həyati təhlükəsi yoxdur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər