Menyu

Abşeronda 7 evdən 5800 manatlıq oğurluq edilib

Nərmin Qocamanlı
Abşeronda 7 evdən 5800 manatlıq oğurluq edilib

Avqustun 23-də Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 4 evdən oğurluq etdiyinə görə tutulmuş Elmik Nəsirlinin müxtəlif vaxtlarda paytaxt sakini Səfər Bayramov ilə birgə daha 7 evdən ümumilikdə 5800 manat dəyərində elektrik naqili, təmir alətləri, elektrik aksesuarları və avadanlıqları oğurlaması da müəyyən olunub.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən davam etdirilən tədbirlərlə Səfər Bayramov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər