Gədəbəydə kafelərin birində kütləvi dava olub, saxlanılan var
Nərmin Qocamanlı
Avqustun 25-də saat 11 radələrində Gədəbəy rayonu Qalakəndkənd kəndi ərazisində kafelərin birində bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq hərəkətləri ilə bağlı polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan "Operativ Media"nın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən həmin hərəkətləri törətməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq polis şöbəsinə gətiriliblər.
Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Fakta görə Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin olunub.
Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net