Menyu

Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb

Nərmin Qocamanlı
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

AQTA-dan "Operativ Media"ya verilən məlumata görə, avqustun 24-də respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 5 ticarət müəssisəsi, o cümlədən 2 aptek və 5 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 7 müəssisədə nöqsanlar aşkar olunub.

Həmin müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 6, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 6, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 4 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

Monitorinq nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

Sahibkarlıq subyekti

Ünvan

Aşkar olunan nöqsanlar

Ticarət obyektləri

  1.  

"Zakuska" mağazası

Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, ev 7

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

  1.  

"Sushi" market

Bakı şəhəri, Nərimanov rayonu, T.H.Məmmədov küçəsi, ev 4

Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması

İctimai iaşə müəssisələri

  1.  

"Hot-Pot" restoranı

Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsi, ev 9

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

  1.  

"Pancho's" kafesi

Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 77

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

  1.  

"Köz Dönər" dönər evi

Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

  1.  

"Aftobaza" kafesi

Lənkəran rayonu, M.Füzuli küçəsi

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

  1.  

"Xan Kababı" restoranı

Lənkəran rayonu, H.Əliyev prospekti

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

 

Teqlər:

"Qida sah\u0259sind\u0259 f\u0259aliyy\u0259t g\u00f6st\u0259r\u0259n 7 m\u00fc\u0259ssis\u0259d\u0259 n\u00f6qsanlar a\u015fkarlan\u0131b"

Əlaqəli Xəbərlər