Menyu

Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılacaq

Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılacaq
1 dəq oxu

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 28-ci kilometrliyində yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq, 26 avqust 2023-cü il tarixdə, saat 01:00-dan 07:00-dək​ yolun​ hər iki istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.​

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən​ qeyd olunan saatlarda yolun sözügedən hissəsində hərəkət edərkən diqqətli olmağı, yol hərəkəti qaydalarına riayət etməyi, xüsusilə ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərini nəzərə almağı xahiş edir.

Əlaqəli Xəbərlər