http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

33 ildir vəzifədə olan direktor işdən çıxarılıb

25 Avqust 2023 , 18:59
33 ildir vəzifədə olan direktor işdən çıxarılıb

160 nömrəli Klassik gimnaziyanın direktoru Faina Ələkbərova işdən çıxarılıb.

"Operativ Media" xəbər verir ki, Bakı şəhəri 160 nömrəli Klassik gimnaziyanın direktoru, Əməkdar müəllim, III dərəcəli “Əmək” ordeni ilə təltif edilmiş Faina Ələkbərova ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarmasına görə) 21 iyul 2023-cü il tarixdə xitam verilib.

F.Ələkbərova 1990-cu ildən həmin təhsil müəssisəsində direktor vəzifəsində çalışıb.

Qeyd edək ki, Ələkbərova Faina Emmanuilovna 1947-ci il sentyabrın 6-da Ukraynanın Odessa şəhərində anadan olub. 1949-cu ildən Bakı şəhərində yaşayır. 1965-ci ildə Bakı şəhərindəki 160 №-li orta məktəbi gümüş medalla bitirib. 1965-ci ildə həmin məktəbdə baş pioner dəstə rəhbəri kimi əmək fəaliyyətinə başlayıb. 1973-cü ilin sentyabr ayından 1974-cü ilin avqust ayınadək orada tarix və ictimaiyyət fənnindən dərs deyib. 1974-1984-cü illərdə həmin məktəbdə sinifdanxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı vəzifəsində işləyib. 1984-1990-cı illərdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyib. 1990-cı ilin mart ayında 160 №-li məktəbin kollektivi onu direktor vəzifəsinə seçib.

Hələlik 160 nömrəli Klassik gimnaziyaya direktor təyinatı həyata keçirilməyib.

OXŞAR XƏBƏRLƏR
Şuşada mikroavtobus aşıb, yaralananlar var

Şuşada mikroavtobus aşıb, yaralananlar var

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu